Bakıda 10-cu sinif şagirdi gözündən güllələndi – FOTO

12:31 | 21.01.2018
 Bakıda 10-cu sinif şagirdi gözündən güllələndi – FOTO

Bakıda 10-cu sinif şagirdi gözündən güllələndi – FOTO

Abşeronda məktəbli açılan atəş nəticəsində gözündən yaralanıb.

Report-un verdiyi məlumata görə, hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, Saray qəsəbə sakini 2001-ci il təvəllüdlü, 10-cu sinif şagirdi Xəlil İlqar oğlu Allahquliyev, Cəlil adlı qardaşı ilə birgə dərsdən evə qayıdarkən naməlum istiqamətdən ov tüfəngindən açılan atəş nəticəsində ətrafa səpilən qırmalardan bir neçəsi onun sol göz nahiyəsindən dəyib. Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Məktəbli ailə üzvləri tərəfindən Sumqayıt şəhərində yerləşən Akademik U. Musabəyli adına Oftalmoloji xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, X.Allahquliyev gətirilərkən vəziyyəti ağır olub. Dərhal tibbi müdaxilə edilib. Kəsilmiş cırılmış göz cərrahi əməliyyat olunub. Hüquq mühafizə orqanlarına məlumat verilib. Faktla bağlı araşdırma aparılır.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb