13 yaşlı uşağı parkda İLDIRIM VURDU - ŞOK VİDEO

20:39 | 18.08.2018
ABŞ-ın Arizona ştatında 13 yaşlı uşağı ildırım vurub.

Hadisə 13 yaşlı Josiah Viedman parkda dostu ilə gəzərkən baş verib. Üzərinə ildırım düşən uşağın ürəyi dayanıb və yerə yıxılıb.


Qısa zamanda xəstəxanaya yerləşdirilən uşaq tibbi müdaxilələrdən sonra həyata qaytarılıb. 3 gün komada qalan uşağın bədənində kiçik yanıqlar əmələ gəlib. Viedman və dostunun səhhətinin hazırda yaxşı olduğu bildirilir.
 


www.anews.az