14 marşrutun istiqaməti dəyişdirilir

11:14 | 21.06.2018
14 marşrutun istiqaməti dəyişdirilir

14 marşrutun istiqaməti dəyişdirilir

Neftçilər prospekti – Azneft dairəsi və ətraf küçələrdən keçən marşrut xətləri üzrə fəaliyyət göstərən 14 avtobusun hərəkət istiqaməti müvəqqəti dəyişdirilib.

BNA-dan Axar.az-a verilən məlumata görə, 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümü münasibətilə keçiriləcək hərbi parad və mərasimin təlim-məşqlərinə hazırlıqla əlaqədar olaraq hərəkət istiqaməti dəyişdirilib.

24-26 iyun tarixlərində mərasim tam başa çatanadək 1, 2, 4, 5, 6, 18, 21, 32, 46, 65, 88, 125, 175 və H1 (Hava limanı-28 may metrostansiyası ekspres xətti) marşrut xətləri üzrə avtobusların hərəkəti tətbiq ediləcək məhdudiyyətlərə uyğun təşkil ediləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb