15 illik təcrübənin nəticəsi - Bu qidalar gözünüzü kor olmaqdan qoruyur

20:00 | 22.10.2018
15 illik təcrübənin nəticəsi - Bu qidalar gözünüzü kor olmaqdan qoruyur

15 illik təcrübənin nəticəsi - Bu qidalar gözünüzü kor olmaqdan qoruyur

Uestmid institutunun bir qrup alimi 15 il davam edən tədqiqatın nəticələrini açıqlayıblar.

 "Ölkə.Az” xəbər verir ki, gündəlik olaraq tərkibində nitrat olan tərəvəz qəbulu kor olma riskini aşağı salır.

15 il davam edən təcrübədə Avstraliyanın yaşı 49-dan çox olan 2 min sakini iştirak edib. Məlum olub ki, gündəlik tərkibində 100-142 milliqram nitrat olan tərəvəzləri qəbul edən insanlarda makulodistrofiya riski 35% azalıb. Bu sıraya çuğundur, ispanaq və yaşıl salat daxildir.
Makulodistrofiya gözün sarı ləkəsinin dağılmasıdır. Bu zaman hüceyrələri qidalandıran damarlar məhv edir. Məhz bu xəstəlik yaşlı adamlarda kor olma riskini artırır.

Bir müddət əvvəl isə alimlər müəyyən etmişdilər ki, həftədə bir dəfə sitrus meyvəsi qəbul etmək gözü degenerasiyadan qoruyur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb