Cinema club: Bakıda Britaniya Filim Festivalı başladı - ANN.TV

21:15 | 08.04.2015
Cinema club: Bakıda Britaniya Filim Festivalı başladı - ANN.TV

Cinema club: Bakıda Britaniya Filim Festivalı başladı - ANN.TV

Aprelin 8-dən 12-dək "28 Cinema" kinoteatrında İkinci britaniya filmləri festivalı - "British Film Spring" keçirilir.

Festivalın təşkilatçıları Böyük Britaniyanın Azərbaycandakı səfirliyi, British Council, UNICEF, "28Cinema" kinoteatrı və PWC-dir.

"Bu il keçirilən festival daha geniş əhatəyə malikdir, nəinki keçən il keçirilən tədbir. Biz azərbaycanlı tamaşaçılara ingilis kinematoqrafçılarının ən yaxşı filmlərini təqdim etməkdən qürur duyuruq. Festivalın proqramında ayrı-ayrı janrlı filmləri - dram, komediya, uşaq kinosu daxil edilib", - bu sözləri bu gün jurnalistlərə açıqlamasında "British Council"un direktoru Yelizabet Uayt deyib.

Onun sözlərinə görə, sabah saat 21.00 dünyaca məşhur kinorejissor Alfred Xiçkokanın "Rinq" (The Ring) filminin nümayişinə start veriləcək.

Y.Uaytın qeyd etidiyən görə, rejissor Xiçkokun 1927-ci ildə çəkdiyi "Ринг" filminə tamaşa etmək xeyli maraqla qarşılanacaq.

ANN.TV oxucuların diqqətinə həmin tədbirdən hazırlanan video-reportajı təqdim edir:

Müəllif: Aynur Məmmədova
 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM