Fidan Hacıyeva: "Məndə heç bir qorxu yox idi" - ANN.TV

10:12 | 06.11.2015
Fidan Hacıyeva:

Fidan Hacıyeva: "Məndə heç bir qorxu yox idi" - ANN.TV

ANN.TV-nin "Bizim qonaq" rubrikasının qonağı səhnəmizi "Karmen"i, opera sənətkarı, xalq artisti Fidan Hacıyevadır. 

O, "Aida", "Koroğlu", "Arşın mal alan", "Karmen" kimi operalarda aldığı rollarından, opera səhnəsinə ən gənc solist kimi çıxmasından, ilk dəfə tamaçaçılar qarşısında dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığına müraciət etməsindən danışıb.

O, "Karmen" obrazı ilə bağlı uşaqlıq xatirələrini, arzularını dilə gətirib, bu obrazı yaratmaq üçün fransız dili kursuna getməsindən, rəqs dərslərinə müraciət etdiyini bildirib. 21 yaşlı solist üçün Karmen obrazını oynamaq asan olmasa da Fidan Hacıyeva rəhbərliyi və müəllimlərini necə razı salmasını nəql edib.

Xalq artisti karyerasının Karmen obrazı ilə başladığını, sənət aləminə vizit kartı daşıdığını bildirib.

Oxucularımız bizim qonaqla maraqlı müsahibəni təqdim etdiyimiz video-süjetdə baxa bilər.

Hazırladılar: 
İsa Rəvan
Aynur Əlisoy

 
 

 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb