DYP-dən sürücülərə XƏBƏRDARLIQ

12:17 | 31.01.2017
DYP-dən sürücülərə XƏBƏRDARLIQ

DYP-dən sürücülərə XƏBƏRDARLIQ

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraitinin davam etməsi ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə təkrar müraciət edib.
 
Qurumdan verilən məlumata görə, son 3 gündə aparılan müşahidələr göstərir ki, asfalt örtüyünün buz bağladığı vaxtlarda yolun hərəkət hissəsində qalmaqla başqa hərəkət iştirakçılarının, xüsusilə təcili tibbi yardım, qəza-xilasetmə və digər operativ nəqliyyat vasitələrinin də çağırış yerinə getməsinə mane olan avtomobillərin əksəriyyəti texniki cəhətdən nasaz olan, qış mövsümünə uyğun olmayan və protektorları yeyilmiş şinlərlə təchiz edilmiş nəqliyyat vasitələridir.
 
Qeyri-sabit hava şəraitinin davam etməsi ilə əlaqədar yollarda meydana gələ biləcək yol qəzalarının və əvvəldə qeyd olunan halların qarşısının alınması məqsədilə Baş DYP İdarəsi sürücülərin bir daha diqqətinə çatdırır ki, şaxtalı, qarlı hava şəraitində qış mövsümünə uyğun şinlərlə təchiz edilməmiş, eləcə də istismar müddəti çox olan, "ABS” tormoz sistemləri ilə təchiz olunmayan köhnə avtomobillərdən istifadə olunmamalı, nəqliyyat vasitələrinin hərəkət sürəti hava şəraitinə uyğun seçilməli, zərurət olmadan ötmə əməliyyatları aparılmamalı, qəfil manevrlər və kəskin tormazlama hərəkətləri edilməməlidir. Əks təqdirdə, idarə olunan nəqliyyat vasitəsi yol hərəkətində iştirakdan kənarlaşdırılmaqla sürücü inzibati məsuliyyətə cəlb ediləcək. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM