İran milli komandasının oyunçusu “Qarabağ”a keçə bilər

17:20 | 31.08.2017
İran milli komandasının oyunçusu “Qarabağ”a keçə bilər

İran milli komandasının oyunçusu “Qarabağ”a keçə bilər

"Qarabağ”ın transfer siyahısında yer alan daha bir futbolçunun adı müəyyənləşib.

Yunanıstanın "sdna.gr" saytında yerləşdirilmiş məlumata görə, Ağdam təmsilçisi Yunanıstanın "Olimpiakos” klubunun hücumçusu Kərim Ənsarifərdlə maraqlanır.

Məlumata görə, İran millisinin 27 yaşlı futbolçusu hazırkı komandasında əsas heyətə düşə bilmədiyindən "Qarabağ”a keçidin əleyhinə deyil.

O, daha əvvəl vətənində "Saypa”, "Traktorsazi”, "Perspolis”, İspaniyanın "Osasuna” və Yunanıstanın "Panionios” klublarının formasını geyinib.

Qeyd edək ki, "Qarabağ” hazırda Yunanıstanın PAOK klubunun futbolçusu Pedro Enrikenin transferi ilə bağlı da iş aparır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb