Müəllimlərin maaşı artacaq

15:52 | 06.09.2017
Müəllimlərin maaşı artacaq

Müəllimlərin maaşı artacaq

"2017-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan 38 minə yaxın müəllimin əməkhaqqı artırılıb. Bu artım ötən ilin noyabr-dekabr aylarında ölkənin 26 şəhər və rayonunda diaqnostik qiymətləndirilmədən keçən müəllimlərə şamil olunub”.

anews.az xəbər verir ki, bu barədə Modern.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bununla da əməkhaqqının artımı dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin 70 faizini əhatə edib. 2017-ci ilin aprel və may aylarında keçirilən diaqnostik qiymətləndirmədə iştirak edən müəllimlərin əməkhaqqı isə 2018-ci il yanvarın 1-dən etibarən artırılacaq.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM