Lənkəranda tank əleyhinə mina aşkarlanıb

10:16 | 24.11.2017
Lənkəranda tank əleyhinə mina aşkarlanıb

Lənkəranda tank əleyhinə mina aşkarlanıb

Noyabrın 23-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən və Daxili İşlər Nazirliyinin "102” Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Lənkəran şəhərində dəniz sahilində 1 ədəd tank əleyhinə minanın olması barədə məlumatlar daxil olub.

ANAMA-dan AzVision.az-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə 10 saylı yanalma məntəqəsinin yaxınlığında dəniz sahilinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd tank əleyhinə mina (TM-62P3) aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş minanın ətrafında 1 000 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM