1. Bu ilin yadda qalan hadislərindən biri prezident seçkiləri oldu. İlham Əliyev yenə də Azərbaycan Rrespublikasının prezidenti seçildi.
2. Daha bir yadda qalan olay isə Artur Rəsiz-zadənin baş nazir vəzifəsindən getməsi və həmin posta Novruz Məmmədovun təyinatı oldu.
3. Hacıbala Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub. Onun baş nazir müavini vəzifəsinə təyin olunması da bu il maraq doğuran hadisələrdən biridir.
4. Xoş hadisələrlə yanaşı bu il üzücü olaylar da yaşanıb. Bunlardan biri Səməd Vürğün adına Rus Dram Teatrının aktyoru Fuad Poladovun vəfatıdır. Xalq artisti 69 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Onun Fəxri Xiyabanda dəfn olunmaması cəmiyyətdə ciddi müzakirələrə səbəb oldu.
5. Təəssüf ki, ölkənin elektriksiz qalması da bu ilin yadda qalan hadisələrindən biri idi. İyulun 2-dən 3-ə keçən gecə Mingəçevir şəhərində yerləşən "Azərbaycan" İstilik Elektrik Stansiyasında qəza baş verdi. Nəticədə metronun işi iflic oldu, xəstəxanalarda gərgin durum yaşandı. Bununla bağlı dövlət başçısı müşavirə keçirdi. Dövlət Komissiyası yaradıldı və araşdırma aparıldı. Həmin hadisənin üstündən 5 aydan çox zaman keçsə də araşdırmanın nəticələri sona qədər əhaliyə bəlli olmadı.
6. Həmin ərəfədə, yəni iyulun 3-də Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədildi. Başından yaralanan icra başçısı uzun müddət müalicə aldı. Bu hadisə ölkədə böyük əks-səda doğurdu. Bir qism ekspertlər bu hadisənin kökündə sosial ədalətsizlik və icra başçısının qanunsuz fəaliyyəti ilə əlaqələndirsələr də hüquq mühafizə orqanları islamçı adlandırılan şəsxlərin günahkar olduğunu bildirdilər.
7. Bir digər üzücü hadisə isə sabiq Müdafiə Sənayesi naziri Yavər Camalovun vəfat etməsidir. Nazir postuna hələ ki, təyinat yoxdur.
8. 2018-ci ildə həmçinin Baş nazir Artur Rasizadə, Baş nazirin müavini Abid Şərifov, Diaspora iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, "Azərenerji" prezidenti Etibar Pirverdiyev, Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev, Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərov kimi yüksək vəzifəli məmurlar vəzifələrindən azad olunub.
9. Bu il Azərbaycan peşəkar repinin banisi Anar Nağılbaz vəfat edib. 44 yaşında dünyasını dəyişən A.Nağılbazın uzun müddət xəstəlikdən əziyyət çəkdiyi deyilirdi.
10. Prezident İlham Əliyevin oğlu Heydər Əliyev hərbi xidmətə yollanıb. Prezidentin oğlunun bu cür nümunəvi addımından sonra Dövlər Sərhəd Xidməti rəisi general-polkovnik Elçin Quliyevin oğlu da hərbi xidmətə gedib.
11. Bu il Azərbaycan incəsənətinə daha bir ağır itki üz verib. Belə ki, xalq artisti Amaliya Pənahova xərçəngdən dünyasını dəyişib.
12. Sosial şəbəkələrdə və mediada Xarici İşlər Naziri Elmar Məmmədyarovun Türkiyədəki çıxışı müzakirə olunan məsələlərdən olub. Belə ki, sosial şəbəkələrdə yayılan videoda nazir azərbaycan dilində fikirlərini ifadə etməkdə çətinlik çəkdiyi diqqətdən yayınmayıb.
13. 20 ilə yaxın BDU-nun rektoru vəzifəsində çalışmış Abel Məhərrəmovda bu il vəzifəsini itirənlər sıyahısındadır. Keçmiş rektorun işdən çıxarılması son günlərdə geniş müzakirə olundu. Belə ki, oğlunun səfir olduğu İspaniyaya səfəri çərçivəsində akademikin spirtli içki qəbul edərək, lazımsız söhbətlər aparması, təyyarəyə 2 ton şərab vurdurması ilə bağlı məlumatlar yayıldı. İddia olundu ki, məhz bu davranışları A.Məhərrəmovun karyerasının bitməsinə səbəb oldu.
Minirə Qubatova
Bizi sosial şəbəkələrdə izləyin !