Mərkəzi Bankın valyuta ehtiyatları artıb

14:15 | 15.01.2018
Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

2017-ci il ərzində Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 1,36 milyard dollar və ya 34,2 faiz artıb.

Trend Mərkəzi Bankın statistik məlumatlarına istinadən xəbər verir ki, bununla da valyuta ehtiyatları 5 334,6 milyon dollara çatıb.

Ay ərzində AMB-nin ehtiyatları 80,4 milyon dollar (1,53 faiz) artıb.

Qeyd edək ki, 2016-cı il ərzində Mərkəzi Bankın valyuta ehtiyatları 2015-ci illə müqayisədə bir milyard dollardan çox və ya 20,78 faiz azalaraq 3 974,4 milyon dollar təşkil etmişdi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb