Kapital Bank “Breyn Rinq”in qalib komandasını mükafatlandırdı

10:48 | 17.01.2018
Kapital Bank “Breyn Rinq”in qalib komandasını mükafatlandırdı

Kapital Bank “Breyn Rinq”in qalib komandasını mükafatlandırdı

Xəbər verdiyimiz kimi Kapital Bank, "Breyn Rinq” televiziya layihəsinin maliyyə tərəfdaşıdır. 2017-ci ilin dekabr ayında yekunlaşan mövsümdə "Bilik Kuboku”nun sahibi "Sumqayıt” komandası olub.

Kapital Bank-ın nümayəndələri tərəfdaş olaraq qalib komanda ilə görüşüb və komandanı təbrik edib. Qalib komandaya 3000 manat pul və korporativ hədiyyələr təqdim edilib.

Kapital Bank sosial yönümlü fəaliyyətinə uyğun olaraq, daim intellektual oyunları və təhsil layihələrini dəstəkləyir. Qeyd edək ki, Kapital Bank həmçinin "Nə? Harada? Nə vaxt?” intellektual klubun da rəsmi tərəfdaşıdır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb