Whatsapp- dan daha bir yenilik

23:43 | 19.01.2018
Whatsapp- dan daha bir yenilik

Whatsapp- dan daha bir yenilik

Whatsapp yeni Votsap Biznes adlı tətbiqini yayımlayıb.

Mətbuat.az xəbər verir ki, proqram Feysbuk tərəfindən pulsuz olaraq yüklənmək üçün təqdim edilib. Bu tətbiq kiçik şirkətlərin potensial müştərilər tərəfindən tanınmasını asanlaşdıracaq. Şirkət sahibləri üçün nəzərdə tutulan bu yenilik Votsap üçün bir şirkət profili yaradıb şirkətin məqsədini göstərməyinizə icazə verir. Şirkət üçün elekron poçt ünvanı və internet saytı "URL”si də əlavə edə bilərsiniz.

Tətbiqi hazırlayarkən zamanınıza qənaət etmək üçün bəzi funksiyalar düşünülüb. Belə ki, sürətli cavablar sayəsində tez-tez verilən suallara cavab verə, mesajlarınızın baxış statistikasını görə bilərsiniz.

"Whatsapp Biznes” normal istifadəçilərə şirkət hesabı olaraq görülür. Firma bu hesablara yaxın gələcəkdə "təsdiq edilmiş hesab” xüsusiyyətini gətirməyi planlayır. İstifadəçilər digər istifadəçiləri əngəlləyə bildikləri kimi şirkətləri də əngəlləyib, spam olaraq qeyd edə bilərlər.

"Whatsapp Biznes” hazırda, "Quql Play”də İndoneziya, İtaliya, Meksika, İngiltərə və ABŞ üçün təklif edilir. Tətbiqi Türkiyə və digər ölkələr gələcək həftələrdə yükləyə biləcəklər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM