Nazir yeni direktor təyin etdi

10:33 | 14.05.2018
Nazir yeni direktor təyin etdi

Nazir yeni direktor təyin etdi

M.Topçubaşov adına Elmi Cərrahiyə İnstitutuna yeni direktor təyin olunub.

Faktı Report-a təsdiqləyən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Məmmədova qeyd edib ki, bu vəzifəyə Ağayev Rauf Maqsud oğlu təyin edilib.

Nazirlik rəsmisi bildirib ki, bununla bağlı səhiyyə naziri Oqtay Şirliyev müvafiq əmr imzalayıb.

Qeyd edək ki,R.Ağayev əvvəllər Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında direktorun müalicə işləri üzrə müavini-baş həkim vəzifəsində çalışıb.

Xatırladaq ki, institutun əvvəlki direktoru, akademik Böyükkişi Ağa oğlu Ağayev aprelin 4-də 90 yaşında vəfat edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM