Daha bir əsgərimiz şəhid oldu?

22:01 | 23.05.2018
Daha bir əsgərimiz şəhid oldu?

Daha bir əsgərimiz şəhid oldu?

Daha bir əsgərimizin şəhid olması ilə bağlı xəbərlər yayılıb. 

BiG.AZ xəbər verir ki, sosial şəbəkələrdə əslən Tərtər rayonundan olan Paşayev Şəhriyar Gündüz oğlunun şəhid olması ilə bağlı məlumatlar yayılıb. 

Araşdırmalarımıza görə şəhid olduğu deyilən Paşayev Şəhriyar Gündüz oğlu Tərtər rayonunda doğulub. Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu kimi Yevlax rayon Hərbi Polisində çalışıb. Lakin 21 may tarixində növbətçi hissədə əsgər yoldaşlarının ehtiyatsızlığı nəticəsində ağır yaralanaraq dünyasını dəyişib və doğulduğu Tərtər rayonunda torpağa tapşırılıb. 

Bununla bağlı adı çəkilən sayt əməkdaşı Müdafiə Nazirliyinə məlumat ötürsə də sorğuya heç bir cavab verilməyib. 


Nazirliyin mövqeyini dərc etməyə hazırıq. 

Qeyd edək ki, şəhid olduğu deyilən Paşayev Şəhriyar Gündüz oğlunun ailəsi ilə əlaqə saxlamaq mümkün olmayıb.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM