Ronaldo futboldan gedir?

22:42 | 24.05.2018
Ronaldo futboldan gedir?

Ronaldo futboldan gedir?

İspaniyanın Real Madrid klubunda forma geyən ulduz futbolçu Kristiano Ronaldo karyerasına dair maraqlı açıqlamalar verib.

GoldNews.Az xəbər verir ki, "El Chiringuito" proqramına qatılan 33 yaşlı portuqaliyalı ulduz bioloji olaraq 23 yaşında olduğunu dilə gətirib.  41 yaşına kimi futbol oynaya biləcəyini söyləyən Ronaldo sözlərinə belə davam edib: "Önümdə hələ uzun bir zaman var. 41 yaşına kimi futbol oynaya bilərəm. Özümü yaxşı hiss edirəm, xoşbəxtəm. Özümlə bağlı heç bir şikayətim yoxdur. Şənbə günü başqa bir final oynayacağıq. Azarkeşlər arxamızda olacaq".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM