Qusar rayon Polis Şöbəsinə (RPŞ) yeni rəis təyin olunub. APA xəbər verir ki, daxili işlər naziri, general polkovnik Ramil Usubovun əmri ilə Bakının Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin rəisi Zaur Bədəlov Qusar RPŞ-nin rəisi vəzifəsinə təyinat alıb.
Qusar RPŞ-nin keçmiş rəisi Arif Əliyev isə təqaüdə göndərilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !