Bakıda yaşayış binası yanır

11:48 | 23.06.2018
Bakıda yaşayış binası yanır

Bakıda yaşayış binası yanır

Bakıda yaşayış binasında yanğın başlayıb.

APA-nın məlumatına görə, hadisə Yasamal rayonu, "Elmlər Akademiyası” metrosunun yaxınlığında, Hüseyn Cavid prospekti 81 ünvanında, "Mothercare” mağazasının yerləşdiyi binada qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM