Sürücülərin nəzərinə: bu yollarda diqqətli olun!

13:30 | 21.07.2018
Sürücülərin nəzərinə: bu yollarda diqqətli olun!

Sürücülərin nəzərinə: bu yollarda diqqətli olun!

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sürücdüləribəzi ərazilərdəki yollarda keçşərkən ehtiyatlı olmağı məsləhət görüb.

Agentlikdən Axar.az-a verilən məlumata görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-52-ci km-lik hissəsində bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Bundan başqa Sulutəpə dairəsindən DSK yolu istiqamətində, həmçinin Heydər Əliyev prospektinin Sabunçu yol qovşağından Koroğlu yol qovşağı istiqamətində üfiqi nişananma xətlərinin yenidən rənglənməsi işləri aparılır. İşlər axşam saatlarında yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti