Türkiyədə dollar yenidən bahalaşır

10:13 | 17.08.2018
Türkiyədə dollar yenidən bahalaşır

Türkiyədə dollar yenidən bahalaşır

Bu gün səhər saatlarında Türkiyədə  aparılan valyuta əməliyyatlarında dollar lirəyə nisbətdə 0,37% yüksəlib. 

Oxu.Az xəbər verir ki, dolların alış və satışı  5,83  lirə təşkil edib. 

Avropa Birliyinin vahid valyutası olan avro da lirəyə nisbətdə yüksəlişə keçib. Avronun alışı 6,64, satışı 6,71 lirə olub.

Bu valyuta üzrə bahalaşma 1% təşkil edib. 

Qeyd edək ki, dünən Qatar əmiri Al Saninin Türkiyəyə 15 milyard dollar sərmayə yatıracağı yönündə bəyanatı dolların lirəyə nisbətdə 6 faiz dəyər itirməsinə səbəb olmuşdu. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM