"ABŞ 1953-cü ildə olduğu kimi, İranda hakimiyyəti devirmək üçün "hərəkət qrupu” yaradıb”.
"Qafqazinfo” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Tvitter səhifəsində yazıb:
Xatırladaq ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo bu yaxınlarda Dövlət Departamentində Tehranla münasibətlərdə siyasi koordinasiya işi ilə məşğul olacaq "hərəkət qrupu” yaradılacağını bəyan etmişdi. Pompeo yeni qrupun fəaliyyəti ilə bağlı isə hər hansı detalı açıqlamamışdı.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !