Zidan Bakıya gəlir

17:57 | 16.10.2018
Zidan Bakıya gəlir

Zidan Bakıya gəlir

Fransa millisinin əfsanəvi futbolçusu, Madrid "Real”ının sabiq baş məşqçisi Zinəddin Zidan Bakıya gələcək.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, onun səfəri 2019-cu ilin mayında Bakıda keçiriləcək Avropa Liqasının finalı ilə bağlıdır.

Belə ki, Avroliqanın finalı ilə bağlı yaxın aylarda Bakıda fan-zona açılacaq. Məhz bu münasibətlə Zidanın da Bakıya gələcəyi gözlənilir.

Qeyd edək ki, o, Bakıya tək gəlməyəcək. Hazırda ona yaxın məşhur sima arasında seçim aparılır. Onlardan bir neçəsinin gəlişinə razılıq veriləcək. Zinəddin Zidan artıq razılıq verilmişlər siyahısındadır. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM