İlham Əliyev sərəncam imzaladı

18:59 | 19.10.2018
İlham Əliyev sərəncam imzaladı

İlham Əliyev sərəncam imzaladı

Prezident İlham Əliyev G.S.Cavadova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Anews.az-ın məlumatına görə sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycanda energetikanın inkişafında xidmətlərinə görə Gülməmməd Süleyman oğlu Cavadova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
***
İlham Əliyev Azərbaycanın bir qrup energetikinə "Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda energetika sahəsinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar mühəndis” fəxri adı verilsin:
Ağasiyev İlham Əlibaba oğlu
Əliyev Ələkbər Məlik Məmməd oğlu
Xəlilov Seyfəddin Heydər oğlu.
***
İlham Əliyev Azərbaycan energetiklərinin "Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda energetika sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər "Tərəqqi” medalı ilə təltif edilsinlər:
Abbasov Eldar Yunus oğlu
Ağabalayev Naib Nuxuddin oğlu
Ağayev İbrahim Hümbət oğlu
Əbdülzadə Mətləb Əbdül oğlu
Ələkbərova Qətibə Məhəmmədəli qızı
Əliyev Güloğlan Aslan oğlu
Əliyev İlham Nadir oğlu
Quliyev Elşən Həsənqulu oğlu
Mehdi Qadir Balamehdi oğlu
Məhəmmədəliyev Şahsuvar Nüsrət oğlu
Məmmədxanov Araz Sabir oğlu
Məmmədov Musa Məmməd oğlu
Məsimova Xalidə Məhəmməd qızı
Molodetski Nikolay Feliksoviç
Musayev Sahib Aslan oğlu
Mustafayev Tanırverdi Qiyas oğlu
Nəsirov Tahir İsa oğlu
Rüstəmov Dolu Həsən oğlu
Rzayev Emin Hüseynağa oğlu
Seyidov Elmar Əjdər oğlu
Süleymanova İradə Kamil qızı.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb