İlham Əliyevdən daha bir sərəncam

17:22 | 15.11.2018
İlham Əliyevdən daha bir sərəncam

İlham Əliyevdən daha bir sərəncam

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.

Anews.az xəbər verir ki, sərəncama əsasən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu il 16–18 aprel tarixlərində Bakı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:

Təşkilat Komitəsinin sədri 

Əli Həsənov - Azərbaycan Respublikası Baş nazirinin müavini

Təşkilat Komitəsi sədrinin müavini 

Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri

Təşkilat Komitəsinin üzvləri 

Elmar Məmmədyarov - Azərbaycan Respublikasının xarici işlər naziri

Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri

Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri

Fikrət Məmmədov - Azərbaycan Respublikasının ədliyyə naziri

Ceyhun Bayramov - Azərbaycan Respublikasının təhsil naziri
Azad Rəhimov - Azərbaycan Respublikasının gənclər və idman naziri

Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət naziri

Zakir Qaralov - Azərbaycan Respublikasının Baş prokuroru

Səfər Mehdiyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Mədət Quliyev - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Nuşirəvan Məhərrəmov - Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri

Azay Quliyev - Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Fidumə Hüseynova - Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini

Rauf Zeyni - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti.

Təşkilat Komitəsinə 2019-cu il 16–18 aprel tarixlərində Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın Bakı şəhərində keçirilməsinə dair tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM