Bakı metrosunda gərgin anlar: qatar boşaldıldı

14:34 | 14.01.2019
Bakı metrosunda gərgin anlar: qatar boşaldıldı

Bakı metrosunda gərgin anlar: qatar boşaldıldı

Bakı metrosunda qatarda problem yaranıb.

Anews.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı Metropolteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, hadisə bu gün saat 13:50 radələrində "Bakı Metropolteni"nin "Sahil" stansiyasında baş verib.

Belə ki, "Həzi Aslanov"-"İçərişəhər" marşrutu üzrə hərəkət edən qatarda texniki nasazlıq yaranlb. Nəticədə sərnişinlər stansiyada boşaldılıb və qatar Depoya göndərilib. Həmin qatarın yerinə yeni qatar verilib və problem aradan qaldırılıb".

B.Məmmədov bildirib ki, qatarların intervalında problem yaranmayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb