İlham Əliyevdən yeni təyinat

20:08 | 19.03.2019
İlham Əliyevdən yeni təyinat

İlham Əliyevdən yeni təyinat

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavinlərinin sayı 4-ə çatdırılıb.


Qaynarinfo xəbər verir ki, bununla bağlı prezident İlham Əliyev"Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” fərman imzalayıb.

Fərmanda qeyd olunub ki, Dövlət Komitəsi sədrinin birinci müavini və üç müavini var. Dövlət Komitəsi sədrinin müavinlərini Prezident vəzifəyə təyin və vəzifədən azad edir. Dövlət Komitəsi sədrinin müavinləri sədrin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.


Xatırladaq ki, indiyədək Dövlət Komitəsi sədrinin 2 müavini olub.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb