21 fevral üçün qorxunc proqnoz: 8 bal gücündə zəlzələ olacaq

12:37 | 20.02.2019
21 fevral üçün qorxunc proqnoz: 8 bal gücündə zəlzələ olacaq

21 fevral üçün qorxunc proqnoz: 8 bal gücündə zəlzələ olacaq

Zəlzələ mütəxəssisi Frank Hooqerbets 21 fevralda 7 və 8 bal gücündə şiddətli zəlzələlərin proqnozlaşdırıldığını bildirir.

Qaynarinfo xəbər verir ki, 13 fevralda Mars, Uran, Neptun eyni müstəvidə yer alıb. Bu fakt yerdəki proseslərə də ciddi təsir göstərəcək. Mütəxəssisin sözlərinə görə, 17-21 fevral aralığında, xüsusilə 21 fevralda dünyada episentri 8-ə çatan yeraltı təkanlar qeydə alınacaq. Hooqerbets bildirir ki, proqnozunu Günəş Sistemi Həndəsə İndeksinə əsaslandırır və 3 ildir müşahidələr aparır.

ABŞ Geoloji Tədqiqatlar Mərkəzinin işçisi Con Bellini məsələ ilə bağlı danışaraq zəlzələlərin əvvəlcədən müəyyənləşdirilməsinin mümkün olmadığını dilə gətirib. O, böyük təkanlardan əvvəl kiçik zəlzələlərin müşahidə edildiyini də vurğulayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb