"28 Cinema"da yeni film: "Bana Masal Anlatma" - ANN TV

15:35 | 03.04.2015
"28 Cinema"da Türkiyə istehsalı olan və 2015-ci ilin yanvar ayında öz ölkəsində tamaşaçıların ixtiyarına verilən "Bana masal anlatma" bədii filminin nümayişinə start verilib.

Romantik, komediya janrında çəkilən filmin rejissoru Burak Aksakdır. Rollarda Fatih Artman, Hande Doğandemir, Devrim Yakut və digərlərinin adlarını qeyd etmək olar.

Sadə sürücü olan, amma təmiz ürəkli, cəlbedici Riza məhəllənin sevimli və yaraşıqlı dəliqanlısı hesab olunur. Bir gün o, Ayperi adlı bir gözəllə qarşılaşır və bütün hadisələr bundan sonra cərəyan edir...

ANN TV-nin əməkdaşı tamaşaçılardan film barədə təəssüratları öyrənib.
 
"28 Cinema"dan hazırladığımız reportajı təqdim edirik.
 
 
Hazırladı: Aynur Məmmədova
Şirin Abbasov
ANN.Az

 
 

 

Xəbər lenti