3 yeni telefon buraxılacaq

19:42 | 17.01.2018
3 yeni telefon buraxılacaq

3 yeni telefon buraxılacaq

"Iphone X” hal-hazırda "ağıllı” telefonlar arasında ən qabaqcıl telefon markasıdır deyə bilərik. Buna görə də,2018-ci ildə yaradılacaq bütün yeni telefon markaları onu ötüb keçməyə çalışacaq. Bu telefonlardan biri də  "Motorola” şirkəti tərəfindən yaradılır.

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, "Motorola” şirkəti 2018-ci ildə yeni 3 telefon modelini istifadəyə buraxmağa hazırlaşır.

Bu üç telefon arasında ən diqqət çəkəni isə "Moto X5” markasıdır.5.9 ekran ölçüsü olan telefon bizə "Iphone X”ı xatırladır. Telefonda barmaq izi oxuyucusu funksiyası yoxdur.

Belə ki, ” Motorola” şirkətinə məxsus "Moto” X5 telefonu üz tanıma tenikası ilə işləyəcək.

Sadəcə, bu qədər də deyil. "Moto X5”, həm ön, həm də arxa üzündəki iki kamera ilə fotoşəkil texnologiyasında ən yaxşı olmağı hədəfləyir.
 
Yeni ildə şirkətin 3 müxtəlif seriyasında yeni telefonları istifadəyə buraxacağı gözlənilir. Z seriyası üçün Z3 və Z3 Playi, G seriyası üçün G6, G6 Plus və G6 Playi ilə yeni ilə damğa vuracağını düşünür.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb