30 ermənini öldürən şəhidin anası: "Yeganə təsəllim..." - VİDEO

21:27 | 20.01.2018
30 ermənini öldürən şəhidin anası:

30 ermənini öldürən şəhidin anası: "Yeganə təsəllim..." - VİDEO

20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi və azadlıq istəyinin oyanış günüdür.


Bu sözləri yanvarın 20-də qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanını ziyarətə gələn "Azərbaycan Bayrağı” ordenli Bəhruz Nuriyevin anası Nayidə Nuriyeva AZƏRTAC-a müsahibəsində deyib.


Əfsanəvi döyüşçü Bəhruz Nuriyevin Qarabağ döyüşlərində göstərdiyi şücaətdən danışan Nayidə Nuriyeva deyib: "Bəhruz Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak oldu. O, 1993-cü il iyulun 17-də Ağdərə döyüşlərində 30 erməni yaraqlısını qətlə yetirdi, sonda isə özü şəhid oldu. Oğlumun itkisinin yeganə təsəllisi işğal olunmuş torpaqlarımızın qaytarılması olardı”.


O bildirib ki, şəhidlərimizin Azərbaycanın müstəqilliyi, azadlığı və firavan gələcəyi uğrunda tökülən qanları hədər getməyib. Hər birimiz Şəhidlər xiyabanına gələrkən içimizdə xəfif titrəyiş hiss edirik. Oradan qayıdanda isə bu titrəyiş qürur hissi ilə əvəz olunur. Biz ölkəmizin azadlığı uğrunda canlarından keçmiş qanlı 20 Yanvar şəhidlərini heç vaxt unutmayacağıq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb