38 tona yaxın Azərbaycan gavalısı Rusiyadan geri qaytarıldı

16:23 | 20.08.2018
38 tona yaxın Azərbaycan gavalısı Rusiyadan geri qaytarıldı

38 tona yaxın Azərbaycan gavalısı Rusiyadan geri qaytarıldı

Dağıstan Respublikasının Baytarlıq və Fitosanitariya üzrə Federal Xidməti bəzi məhsulların Azərbaycandan Rusiyaya keçirilməsinə icazə verməyib.

Anews.az virtualaz.org-a istinadən xəbər verir ki, səbəb kimi əmtəə yüklərində karantin zərərli maddə olan Şərq güvəsinin aşkarlanması göstərilib.

Buna görə də "Yaraq-Qazmalar” keçid məntəqəsində aparılan yoxlamalar zamanı 37,5 ton gavalı geri qaytarılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM