4 məktəbdə dərslər dayandırılacaq

11:15 | 25.04.2018
4 məktəbdə dərslər dayandırılacaq

4 məktəbdə dərslər dayandırılacaq

Azərbaycanda keçiriləcək "Formula -1” yarışları ilə əlaqədar Bakının 4 məktəbində dərslər dayandırılacaq.
 
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov AzVision.az-a bildirib ki, yarışların hərəkət sxeminə aid olan və Bakı şəhərinin mərkəzi ərazisində yerləşən T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, 132-134 nömrəli təhsil kompleksi və 23 nömrəli tam orta məktəbin ibtidai sinifləri üzrə 1-5 may tarixli yaz tətilinin 24-30 aprel 2018-ci il tarixinə keçirilməsi, 5-11-ci sinif şagirdlərinin buraxılmış dərs günlərinin növbəti həftələrdə şənbə günləri ilə əvəz olunması qərara alınıb.
 
Qeyd edək ki, "Formula-1" üzrə Azərbaycan Qran-Prisi aprelin 25-29 tarixlərində keçiriləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb