430 erməni və azərbaycanlı bir mənzildə...

12:14 | 19.09.2018
430 erməni və azərbaycanlı bir mənzildə...

430 erməni və azərbaycanlı bir mənzildə...

Rusiyanın Tümen şəhərinin sakini olan qadının mənzilinə qanunsuz olaraq 430 nəfəri müvəqqəti qeydiyyata aldırdığı bəlli olub.

Anews.az milli.az-a istinadən bidirir ki, Metelovo qəsəbəsində sahəsi 69 kvadrat metr olan üçotaqlı mənzilin sahibəsi N.Sokolova Azərbaycan, Ermənistan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan 430 miqranta "sığınacaq" verib.

Həmin mənzildə Sokolova ilə bahəm, onun valideynləri, bacısı, bacısının əri və bacısının 3 övladı yaşayır.

Miqrantlar isə, sadəcə, Federal Miqrasiya Xidmətinə qeydiyyata düşmək üçün 5 min rublun müqabilində bu mənzildə "sakin" olublar.

N.Sokolova 150 min rubl məbləğində cərimələnib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM