5 nəfərin düşdüyü qəzanın dəhşətli - VIDEOSU

16:25 | 21.02.2018
5 nəfərin düşdüyü qəzanın dəhşətli - VIDEOSU

5 nəfərin düşdüyü qəzanın dəhşətli - VIDEOSU

Xaçmaz-Xudat yolunda 5 nəfərin xəsarət alması ilə nəticələnən ağır qəza baş verib.

Axar.az ARB TV-yə istinadən xəbər verir ki, Xaçmazın Gödəkli kəndi ərazisində VAZ-21014 və VAZ-2106 markalı avtomobillər toqquşub.

Qəza nəticəsində xəsarət alanlar, Xaçmaz rayonu, Mollaoba kənd sakinləri - 28 yaşlı Rəşad Gəncəliyev, 30 yaşlı Firuz Hacımuradov, Asiman İsmayılov, Surəyya Qayınbəyova və Həzi Quliyev Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Hadisənin səbəbləri araşdırılır.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM