Ağac kəsdi, 2500 manat cərimələndi

12:29 | 22.06.2018
Ağac kəsdi, 2500 manat cərimələndi

Ağac kəsdi, 2500 manat cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Bakı-Horadiz dəmir yolunun Sabirabad rayonu ərazisindən keçən hissəsində ağac kəsintisi ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirlikdən Mia.az-a verilən məlumata görə, araşdırma zamanı sözügedən ərazinin mühafizə zolağında köküstə yaş 1 ədəd iydə ağacının Sabirabad rayon sakini Elvin Mirzəyev tərəfindən kəsildiyi aşkar olunub.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və o, 2500 manat məbləğində cərimə edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM