AARC 9 ildən sonra bağlanır

18:00 | 26.02.2018
AARC 9 ildən sonra bağlanır

AARC 9 ildən sonra bağlanır

Azerbaijan Animal Rescue Center (AARC) heyvanları xilasetmə mərkəzi və baytar klinikanın bağlanma qərarı alması heyvansevərləri məyus edib.

"Qafqazinfo” xəbər verir ki, qurum 9 illik fəaliyyətini maddi problemlərlə bağlı sonlandıracağını bildirib: "Böyük bir təəssüf hissi ilə qeyd edirik ki, AARC heyvanları xilasetmə mərkəzi və baytar klinika 28 Fevral 2018-ci il tarixindən etibarən fəaliyyətini dayandırır”.

Bu qərardan sonra hər kəsi bir sual maraqlandırıb: Qurum bağlandıqdan sonra sığınacaqdakı heyvanların aqibəti necə olacaq?

AARC-dən "Qafqazinfo”nun sualına cavab kimi bildirilib ki, sığınacaq 1-2 ay boyunca ən son heyvan sahibləndirilənə qədər könüllülərin və bəzi əməkdaşların köməyi ilə fəaliyyətini davam etdirəcək: "Heyvansevərlə bizə bu işdə yemlə, şampunla, ədyalla, dəsmallarla yardım edə bilərlər. Balaca dost sahiblənmək istəyən hər kəs həftənin bazar günləri xaric hər gün saat 10.00-16.00 arası mərkəzimizə gələ bilər. Heyvanların yatızdırılacağı deyilir. Bu 9 il ərzində heç bir sağlam heyvan bizim mərkəzimizdə yatızdırılmayıb və bundan sonra da belə bir hal baş verə bilməz.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti