Abel Məhərrəmovun general qardaşının işdən çıxarılması ilə bağlı rəsmi açıqlama

12:48 | 17.11.2018
Abel Məhərrəmovun general qardaşının işdən çıxarılması ilə bağlı rəsmi açıqlama

Abel Məhərrəmovun general qardaşının işdən çıxarılması ilə bağlı rəsmi açıqlama

Ədliyyə Nazirliyi Kadrlar İdarəsinin rəisi Rauf Məhərrəmovun tutduğu vəzifədən azad edilməsi ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil.

Anews.az primetime.az-a istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən qeyd edilib ki, bəzi xəbər portallarında yayılan bu məlumatlar tamamilə uydurma olmaqla sensasiya xarakteri daşıyır və R.Məhərrəmov hazırda iş başındadır, öz vəzifəsini icra edir.

Qeyd edək ki, az öncə bəzi xəbər saytları BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun qardaşı, Ədliyyə Nazirliyinin Kadrlar İdarəsinin rəisi, general Rauf Məhərrəmovun vəzifəsindən uzaqlaşdırılması barədə xəbər yayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb