ABŞ Azərbaycana 400 min dollar ayırdı

13:29 | 13.02.2018
ABŞ Azərbaycana 400 min dollar ayırdı

ABŞ Azərbaycana 400 min dollar ayırdı

ABŞ Dövlət Departamenti Azərbaycanda ədliyyə sahəsində islahatlara 400 min dollar ayırıb.

Avropa Şurasının Bakıdakı ofisinindən Report-a verilən məlumata görə, sabah Bakıda ABŞ Dövlət Departamentinin Beynəlxalq Narkotik və Hüquq Mühafizə Məsələləri üzrə Bürosu (INL) tərəfindən maliyyələşdirilən "Azərbaycanda ədliyyə islahatlarına dair təşəbbüslərə dəstək” adlı yeni layihənin təqdimat mərasimi keçiriləcək.

Avropa Şurasının təşkilatçılığı ilə təqdimatı baş tutacaq layihənin məqsədi Azərbaycanda ədliyyə islahatlarına dəstək vermək və insan hüquqlarının icrasını yaxşılaşdırmaqdır. Layihənin əsas vəzifələri insan hüquqlarının müdafiəsinə yönələn milli fəaliyyət planlarının hazırlanması və həyata keçirilməsində Azərbaycana yardım etmək, cinayət qanunvericiliyini Avropa və beynəlxalq insan hüquqları normalarına uyğunlaşdırmaq, hüquqşünasların və milli qurumların potensialının artırılmasına dəstək vermək və təlim-tədris tədbirlərini təşkil etməkdir.

Layihə 2018-ci ilin dekabrən 31-dək davam edəcək. Layihənin ümumi büdcəsi 400 000 ABŞ dollarıdır. Layihə Avropa Şurasının İnsan Hüquqlarının Milli Səviyyədə İcrası Bölməsi (DG1) tərəfindən həyata keçiriləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM