ABŞ-da məktəbdə atışma, ölən var

Cəmiyyət 14-09-2017 10:30
ABŞ-da məktəbdə atışma, ölən var
ABŞ-ın Vaşinqton ştatının Spokan şəhərində məktəbdə baş verən silahlı insident zamanı bir nəfər ölüb, daha dörd nəfər isə yaralanıb.

anews.az-ın RİA Novosti nəşrinə istinadən məlumatına görə, atəş açan şəxs saxlanılıb, lakin onun kimliyi hələlik açıqlanmır.

Yaralılar xəstəxanaya çatdırılıblar. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, araşdırma aparılır.
www.anews.az