ABŞ-da Stiven Siqala qarşı istintaq başladı

Dünya 10-08-2018 22:19
ABŞ-da Stiven Siqala qarşı istintaq başladı
ABŞ-ın Los-Anceles ştatının prokurorluğu tanınmış aktyor Stiven Siqalın qadınlara qarşı cinsi təcavüz işi üzrə istintaqa başlayıb
 
AzVision.az bildirir ki, bu barədə "Deadline” xəbər portalı məlumat verib. Qeyd olunur ki, Los-Ancelesin polis departamenti Siqalın cinsi təcavüz işini prokurorluğa təqdim edib və hazırda araşdırma aparılır. 

2017-ci ildə ABŞ-da Siqalın qadınlara qarşı cinsi təcavüzü il bağlı böyük qalmaqallar yaşanmışdı. 50-dən çox qadın onu qeyri-etik davranışda ittiham edib. Onların sırasında aktrisalar Ancelina Coli və Qvinet Peltrou da var.

Xatırladaq ki, avqustun 4-də Stiven Siqal Rusiya-Amerika humanitar əlaqələri məsələləri üzrə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi təyin edilib. 

www.anews.az