ABŞ-da yeni ştat elan edildi

17:29 | 17.01.2018
ABŞ-da yeni ştat elan edildi

ABŞ-da yeni ştat elan edildi

ABŞ-ın ən böyük ştatlarından olan Kaliforniyada bir qrup şəxs yeni bir ştat yaradıldığını elan edib.

Axar.az xəbər verir ki, ştatın ABŞ-dan deyil, Kaliforniyadan ayrıldığı bildirilib. ABŞ Konstitusiyasının 4-cü maddəsinin 3-cü bəndinə uyğun olaraq Senata müraciət ünvanlanıb.

Müstəqillik təşəbbüsünün qurucusu Paul Preston Kaliforniyada sahilyanı ərazilərlə digər bölgələrin fərqli gəlir səviyyəsinə sahib olmasına baxmayaraq, eyni qanunlarla idarə edilməsinin haqsızlıq olduğunu və bu səbəbdən belə bir təşəbbüsün irəli sürüldüyünü deyib.

Qeyd edək ki, təşəbbüs tərəfdarlarının hüquqi prosedurları tamamlamasına 10 və ya 18 ay müddət tələb olunur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb