ABŞ-dan hərbi müdaxilə açıqlaması: Bütün variantlar...

16:37 | 21.07.2018
ABŞ-dan hərbi müdaxilə açıqlaması: Bütün variantlar...

ABŞ-dan hərbi müdaxilə açıqlaması: Bütün variantlar...

ABŞ-ın üç aydan çoxdur hökumət əleyhinə mitinqlərin keçirildiyi Nikaraquaya müdaxilə planı yoxdur.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın Amerika Dövlətləri Təşkilatındakı səfiri Karlos Truxilo jurnalistlərə açıqlamasında deyib.

"ABŞ Nikaraquanın demokratiyaya qayıtması üçün hər şeyi edir. Bütün variantlar nəzərdən keçirilir. İndi hərbi əməliyyat keçirmək planımız yoxdur. Nikaraqua hökuməti müxalifətlə dialoqa qayıtmalıdır. Biz Nikaraquaya qarşı hazırda yeni sanksiyaları araşdırırıq”, – deyə o bildirib.

Qeyd edək ki, son üç ay ərzində Nikaraquada hökumət əleyhinə keçirilən mitinqlərdə 350-dən çox insan həlak olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM