ABŞ-dan İngiltərəyə: “Dəstəkləməsəniz dəhşətli nəticələr…”

21:21 | 13.08.2018
ABŞ-dan İngiltərəyə: “Dəstəkləməsəniz dəhşətli nəticələr…”

ABŞ-dan İngiltərəyə: “Dəstəkləməsəniz dəhşətli nəticələr…”

ABŞ-ın London səfiri Vudi Conson İngiltərəyə İranla bağlı çağırış edib.
Anews.az Axar.az-a istinadən xəbər verir ki, səfir "Deyli Teleqraf” qəzetində dərc edilən məqaləsində İngiltərəyə İranla nüvə müqaviləsinə tərəfdar olan AB-nin deyil, ABŞ-ın tərəfində yer almasını istəyib.
Conson İngiltərənin ABŞ-ın tərəfində olmayacağı təqdirdə, ticarətində ciddi mənfi nəticələrin olacağını bildirib:
"Prezident açıq şəkildə bildirmişdi. İranda kommersiya maraqlarını qlobal faydaya qurban verəcək şirkətlər ABŞ ilə apardığı ticarətdə ciddi nəticələrə dözmək məcburiyyətində qalacaqlar. Ya İranla əməkdaşlığı dayandıracaqsınız, ya da ABŞ ilə biznesinizdə dəhşətli nəticələrə dözəcəksiniz”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM