ABŞ-dan Rusiyaya ciddi xəbərdarlıq: Əsədi dayandır!

16:40 | 23.06.2018
ABŞ-dan Rusiyaya ciddi xəbərdarlıq: Əsədi dayandır!

ABŞ-dan Rusiyaya ciddi xəbərdarlıq: Əsədi dayandır!

"Rusiyadan, onun da rol oynadığı atəşkəsə riayət edilməsini, cənub-qərbdə və bütün Suriyada gərginliyin daha da artmaması üçün Suriya rejimi üzərindəki təsirindən istifadə edərək Bəşər Əsəd rejiminin yol verdiyi pozuntuları dayandırmasını gözləyirik”.

AzVision.az bildirir ki, bu fikirləri ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Hayli deyib.
Onun sözlərinə görə, Bəşər Əsəd rejimi Suriyanın cənub-qərbindəki hərbi əməliyyatları genişləndirərək, ötən il Rusiya, ABŞ və İordaniya arasında təhlükəsizlik zonalarına dair əldə olunan razılaşmaları pozur. Bölgədə həyata keçirilən hava hücumları irimiqyaslı toqquşmaya gətirir və bu, atəşkəsi riskə atır, dinc sakinlərin bölgəni tərk etməsilə nəticələnir. 

Hayli Əsəd rejimindən Suriyanın cənub-qərbindəki əməliyyatlarını dayandırmağı tələb edib. Və Moskvaya xəbərdarlıq edib ki, atəşkəsin pozulması nəticəsində artan gərginliyin məsuliyyəti Rusiyanın üzərində olacaq. Çünki Rusiya Suriyada təhlükəsizlik zonaları və atəşkəsə qarant ölkələrdəndir. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb