Anews.az Axar.az-a istinadən xəbər verir ki, açıqlamada çevriliş cəhdinin tarixi 2016-ci il əvəzinə 2015-ci il qeyd edilib:
"ABŞ Silahlı Qüvvələrinin xidmətində olan hərbçilərin 2015-ci ilin 15 iyulunda (əslində 2016-cı il qeyd edilməli idi) Türkiyədə dövlət çevrilişinə cəhddə iştirak etməsi barədə mediada yayılan xəbərlər absurddur”.
Açıqlamada xəbərlərdə adları çəkilən şəxslərin hazırda İncirlik aviabazasında olmadığı bildirilib.
Qeyd edək ki, 2016-cı ilin iyulun 15-də FETÖ terror təşkilatı Türkiyədə hərbi çevrilişə cəhd göstərib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !