ABŞ "F-35"ləri təhvil verdi - Ordudan açıqlama

13:30 | 26.11.2018
ABŞ

ABŞ "F-35"ləri təhvil verdi - Ordudan açıqlama

ABŞ İsrailə iki yeni "F-35” tipli qırıcı satıb.

Bu barədə İsrail ordusu informasiya yayıb.

Ordunun Hava Qüvvələrindən verilən yazılı açıqlamada qırıcıların təhvil alındığı bildirilib. Qırıcılar ölkənin Nəcəf Çölü (Negev) bölgəsində yerləşən Nəvatim Hava Bazasına eniş edib və "Qızıl Qartal” donanmasına qatılıb.

Qırıcıların hərbi əməliyyatların potensialını artırmaq üçün alındığı qeyd edilib.

Qeyd edək ki, İsrail ABŞ-dan sonra "F-35” tipli qırıcılara sahib ikinci ölkədir. 2016-cı ilin dekabrından bu qırıcıları Hava Qüvvələrinin xidmətinə verən İsrailin hazırda 11 qırıcısı var./publika.az


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb