Ekspert: “Türkiyə F-35 proqramından çəkilsə…”

19:50 | 16.08.2018
Ekspert: “Türkiyə F-35 proqramından çəkilsə…”

Ekspert: “Türkiyə F-35 proqramından çəkilsə…”

ABŞ prezidenti Donald Trampın Türkiyə və iqtisadiyyatını hədəf alan sanksiyalarına Qərbdə etirazlar gedərək artmaqdadır.

Anews.az Publika.az-a istinadən xəbər verir ki, İngiltərənin "Çatham Haus” analitik qurumunun Türkiyə və Yaxın Şərq üzrə mütəxəssisi Fadi Hakura yaranmış iqtisadi məngənənin Avropaya doğru yol alacağını deyib. Onun sözlərinə görə, Qərb Türkiyəni itirsə, bunun ağır nəticələri ilə üzləşər.

ABŞ-ın FDD analitik mərkəzinin mütəxəssisi Conatan Şanzer isə Türkiyənin "F-35” proqramından çəkilməsinin faciəyə yol açacağını qeyd edib. Belə ki, "F-35” raketlərinin uzaqdan idarəetmə və elektron kartlarının tək istehsalçısı Türkiyənin AYESAŞ şirkətidir. Bu da layihənin 12 milyard dollarlıq hissəsini təşkil edir.
Azərbaycan əsilli iş adamı Rza Zərrabın məhkəmə prosesi ilə yaxından maraqlanan Şanzer tvitter hesabından bu açıqlamanı verib: "Biri mənə bu iki komponent üçün təcili planımız olduğunu desin. Türkiyənin xarici siyasətini diqqətlə izləyən hər hansı bir müşahidəçi belə bu böhranın qarşısını ala bilərdi. Hazırda hərbi ağlımıza güvənə biləcəyimizi ümid edirəm”.

Qeyd edək ki, Türkiyənin ASELSAN, Qala Aviasiya, MiKES, Alp Aviasiya, HAVELSAN, ROKETSAN, TUSAŞ/TAİ firma və qurumlarının da daxil olduğu 10 şirkət "F-35” proqramının xüsusi detalları üzərində işləyir. Əgər Türkiyə şirkətləri bu proqramdan çəkilsə, digər müttəfiqlərin sərmayəsi artırılmalıdır. Bu da əlavə xərc və illərlə zaman itirmək deməkdir.

İsrail bu qarışıqlıqdan istifadə edərək Türkiyənin yerinə proqrama daxil olmaq üçün təşəbbüslər irəli sürməyə başlayıb. F-35-lərin parçalarını istehsal edən türk firmaların yerinə İsrail Aviasiya Sənayesi və iki firmanın istehsala hazır olduğu elan edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM