ABŞ prezidenti Donald Trampın Türkiyə və iqtisadiyyatını hədəf alan sanksiyalarına Qərbdə etirazlar gedərək artmaqdadır.
Anews.az Publika.az-a istinadən xəbər verir ki, İngiltərənin "Çatham Haus” analitik qurumunun Türkiyə və Yaxın Şərq üzrə mütəxəssisi Fadi Hakura yaranmış iqtisadi məngənənin Avropaya doğru yol alacağını deyib. Onun sözlərinə görə, Qərb Türkiyəni itirsə, bunun ağır nəticələri ilə üzləşər.
Azərbaycan əsilli iş adamı Rza Zərrabın məhkəmə prosesi ilə yaxından maraqlanan Şanzer tvitter hesabından bu açıqlamanı verib: "Biri mənə bu iki komponent üçün təcili planımız olduğunu desin. Türkiyənin xarici siyasətini diqqətlə izləyən hər hansı bir müşahidəçi belə bu böhranın qarşısını ala bilərdi. Hazırda hərbi ağlımıza güvənə biləcəyimizi ümid edirəm”.
Qeyd edək ki, Türkiyənin ASELSAN, Qala Aviasiya, MiKES, Alp Aviasiya, HAVELSAN, ROKETSAN, TUSAŞ/TAİ firma və qurumlarının da daxil olduğu 10 şirkət "F-35” proqramının xüsusi detalları üzərində işləyir. Əgər Türkiyə şirkətləri bu proqramdan çəkilsə, digər müttəfiqlərin sərmayəsi artırılmalıdır. Bu da əlavə xərc və illərlə zaman itirmək deməkdir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !