ABŞ Rusiyanı yeni sanksiyalarla hədələyir

10:33 | 19.02.2018
ABŞ Rusiyanı yeni sanksiyalarla hədələyir

ABŞ Rusiyanı yeni sanksiyalarla hədələyir

ABŞ dövlət katibi Reks Tillerson Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunacağını istisna etmir.

AzVision.az xəbər verir ki, bunu Tillerson "CBS” telekanalına müsahibəsində bildirib. 

Müsahibə zamanı Dövlət Departamentinin rəhbərinə "niyə Administrasiya Konqresin qərarında nəzərdə tutulan sanksiyaları tam qaydada qəbul etmir” sualı verilib. 

Tillerson bu istiqamətdə addımların atıldığını deyib: "Hazırki qanunvericiliyə əsasən, Rusiya hərbi texnikasının satılmasına dair bir neçə razılığın qarşısı alınıb. Həmçinin bir neçə şəxsə qarşı sanksiyaların tətbiq olunması imkanını nəzərdən keçiririk”. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb